Пятница, 2024-04-26, 6:57 PM
 
Главная Регистрация Вход
Приветствую Вас, Гость · RSS
Меню сайта
Разделы новостей
AZERBAYCAN [42]
ЮМОР [43]
Фотогалерея [66]
Встреча Форумчан [1]
MUSIC [63]
ИНТЕРЕСНО [61]
Стихи / Seirler [12]
В данной категории расположены, стихи как в текстовом варианте так и в формате видео.
Мини-чат
Наш опрос
Оцените сайт

Всего ответов: 344
 
Главная » 2013 » Январь » 12 » Seyid Məhəmmədhüseyn Behcət Təbrizi
Seyid Məhəmmədhüseyn Behcət Təbrizi
2:47 PM
Seyid Məhəmmədhüseyn Behcət Təbrizi (1906 - 18 sentyabr 1988) - daha çox Şəhriyar təxəllüsü ilə tanınan böyük Azərbaycan-İran şairi. Şeirlərini Azərbaycan və fars dillərində yazmışdır.
Şəhriyar 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axunddan almış və bu savadlı, qayğıkeş, mehriban müəllimini həmişə böyük hörmətlə yad etmişdir. O, ibtidai və orta məktəbləri Təbrizdə başa çatdırmış, məşhur "Talibiyyə" ruhani mədrəsəsində isə görkəmli müəllimlərdən ərəb dili və ədəbiyyatından dərs almışdır. İlk şeirini Təbrizdəki "Məhəmmədiyyə" orta məktəbinin buraxdığı "Ədəb" adlı jurnalda dərc etdirmişdir.
Şəhriyar Təbrizdə orta təhsilini bitirdikdən sonra Tehrana gedərək, əvvəlcə 1921-ci ildə Tehran Dar-ül-fünununda, sonra isə Tibb fakultəsində ali təhsil almağa başlamışdır. Lakin fakültənin sonuncu kursunda təhsilini yarımçıq qoyub dövlət qulluğuna girməyə məcbur olmuşdur.

Təbrizin Şairlər məqbərəsi:
Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin - Məliküşşüəra Baharın, Səid Nəfisinin və Pəjman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunmuşdur. Milli ədəbiyyatın və mədəniyyətin qorunması və inkişafı uğrunda fədakarlıqla çalışan vətənpərvərlərin səyi ilə "Heydərbabaya salam" əsəri 1954-cü ilin mart ayında Təbrizdə nəşr olunmuşdur. Həmin nəşrə müqəddimə yazmış alimlər - Mehdi Rövşənzəmir və Əbdüləli Karəng onu yüksək qiymətləndirmiş, haqlı olaraq bu poemanın dünya ədəbiyyatının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayandığını göstərmişlər.
Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi gün, yəni 18 sentyabr hər il İranda "milli şeir günü" kimi qeyd edilir.
[redaktə / تحریر]Əsərləri

Heydərbabaya salam, Təbriz (1954)
Seçilmiş əsərləri, Bakı (1966)
Bütün əsərləri (4 cilddə), Tehran (1971)
Aman ayrılıq, Bakı (1981)
Divani-Türk, Təbriz (1992)
Yalan Dünya, Bakı (1993)
Категория: Стихи / Seirler | Просмотров: 1522 | Добавил: Ильгар | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Сайт управляется системой uCoz
Календарь новостей
«  Январь 2013  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Форма входа
Поиск
Друзья сайта
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0