Binanın tikilişinə Prezident Vaşinqtonun qərarı ilə 1792-ci ilin oktyabrında başlanıb. “Prezident evi”nin yerini o özü seçsə də, orada oturmaq ona nəsib olmayıb.
İrland əsilli arxitektor Ceyms Xobanın tikdiyi yeni iqamətgahda ilk oturan cütlük, 1800-cü ilin noyabrın 1-də hakimiyyətə gələn ABŞ-ın ikinci prezidenti Con Adams və onun həyat yoldaşı Abiqeyl Adams olub.
O vaxtlar ABŞ paytaxtının qədim tikilisinə divarının qumdaşı ilə örtülməsinə
görə “Ağ ev” deyirdilər. 20-ci illərin sonunda isə Teodor Ruzvelt binanın adını rəsmiləşdirdi.
Bu günə qədər Ağ evdə ABŞ-ın 43 prezidenti yaşayıb və işləyib.
1814-cü ildə müharibə zamanı ingilis hərbçiləri tərəfindən Ağ ev yandırılır. Tez bir zamanda bərpa olunan bina alışılmış ağ rənglə boyanır. İqamətgahın Pensilvaniya küçəsi tərəf xarici görünüşü 1600-cü ildən praktiki olaraq dəyişilməmiş qalsa da, daxili görünüşü prezidentlərin dəyişilməsindən asılı olaraq dəyişib.
Ağ e
vdə yaşayış otaqları ilə yanaşı, iş üçün də şərait var. Prezidentin vacib iclasları keçirdiyi Ovalşəkilli kabinet. Tomas Ceffersonun prezidentliyi dövründən etibarən Ağ ev vətəndaşlar üçün açıqdır. Buraya hər gün 6 min adam gəlir və tamaşa edir. Hər bir adam Dövlət Nahar Zalında Prezident Adamsın məktubundan sətirlər oxuya bilər: “Qoy bu binada yalnız ağıllı və ədalətli insanlar idarə etsin.”
|