Qadın: Allah yarpağın yumşaqlığını, ceyranın baxışını, günəş işığının gücünü, dumanın göz yaşını aldi,küləyin qərarsızlığını, dovşanın ürkəkliyini buna daxil etdi. Onların üstünə qiymətli daşların sərtliyini, balığın dadını, pələngin yırtıcılıgını, odun yandırmasını, qışın soyuğunu, sağsağanın gəvəzəliyini, qumru quşunun sevgisini qatdı. Bütün bunları qarışdırdı və ətirli bir qadın yaratdı. Yaratdığı qadını kişiyə hədiyyə etdi. Kişi: Allah tısbağanın yavaşlığını, buğanın baxışını, fırtına buludlarının dağıdıcılığını, tülkünün hiyləgərliyini aldı, zəlinin yapişqanlığını, pişiyin nankorluğunu, hinduşkanın qabarmasını, kərgədan dərisinin sərtliyini onlara qatdı. Bunların üstünə ayinin yekəxanalığını, milçəyin vızıltısını qatdı və kişini yaratdı. Yaratdığı kişini, adam etsin deyə qadına verdi
|